Əsas məzmuna keç
Bakı +10°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Avtomobil

“Jaguar Land Rover” elektromobil istehsalına keçir

“Jaguar Land Rover” elektromobil istehsalına keçir

Böyük Britaniyanın “Jaguar Land Rover” (JLR) holdinqi yaxın illərdə elektromobil istehsalına keçəcək.

“ENA” xəbər verir ki, şirkətin bugünkü açıqlamasında 2025-ci ilədək “Jaguar” brendi altında yalnız luxury sinfinə aid elektromobillər buraxacaqları, 2030-cu ilədək “Land Rover” brendi ilə buraxılacaq avtomobillərin 60 faizinin elektromobil, qalanların isə benzin mühərrikli olacağı qeyd olunur.

O cümlədən 2024-2025-ci illərdə “Land Rover”in 6 elektrik modeli təqdim olunacaq. 2026-cı ilədək dizel mühərriklərindən bütövlükdə imtina etmək, 2039-cu ilədək karbon qazı tullantılarını sıfırlamaq hədəflənir.

“Jaguar Land Rover” 2008-ci ildən Hindistanın ən böyük avtomobil istehsalçısı “Tata Motors”a məxsusdur. “Tata Group”un “Reimagine” adlı ekoloji təmizlik strategiyasına JRL-nin qoşulduğu xəbərindən sonra “Tata Group”un səhmləri Mumbai Fond Birjasında 3 faiz bahalaşıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə