Əsas məzmuna keç
Bakı +7°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

İranda beş dəqiqə ərzində iki güclü zəlzələ baş verib

İranda beş dəqiqə ərzində iki güclü zəlzələ baş verib

İranın Kirmanşah əyalətinin Kozran bölgəsində 5.2 bal gücündə zəlzələ baş verib.

ENA.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, baş verən ilk seysmik hadisədən beş dəqiqə keçdikdən sonra Kozran ərazisində 5.7 bal gücündə daha bir yeraltı təkan qeydə alınıb.

Dağıntı və itkilər barəsində hələlik heç bir məlumat açıqlanmayıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə