Əsas məzmuna keç
Bakı +11°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

İlon Mask "Starlink Azerbaijan"ın rəhbərinə yeni vəzifə verib

İlon Mask "Starlink Azerbaijan"ın rəhbərinə yeni vəzifə verib

ABŞ-ın “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask Cənubi Koreyada yeni şirkət təsis edib.

Məlumata görə, “Starlink Korea” şirkəti martın 8-də qeydiyyatdan keçib.

Yeni kommersiya qurumuna “SpaceX”ın biznes əməliyyatları üzrə baş direktoru Lauren Ashley Dreyer rəhbərlik edəcək. O, həm də ötən il Azərbaycanda yaradılmış "Starlink Azerbaijan"ın qanuni təmsilçisidir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə