Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

İlon Mask ABŞ-dakı karantini tənqid edib: “Bu, faşizmdir”

İlon Mask ABŞ-dakı karantini tənqid edib: “Bu, faşizmdir”

“SpaceX” şirkətinin direktoru və baş mühəndisi İlon Mask, ABŞ-ın koronavirus pandemiyasının yayılması fonunda tətbiq etdiyi məhdudiyyətlərin insan hüquqlarını pozduğunu hesab edir.

ENA.az xəbər verir ki, sahibkar həmçinin ölkə rəhbərliyinin karantin rejimini pozanları həbs etmək niyyətini də tənqid edib.

!@#

“Bu, faşizmdir. Bu, qeyri-demokratikdir. Bu, azadlıq deyil. İnsanları lənətə gəlmiş azadlığa qaytarın”, – İlon Mask aprelin 29-da yazıb.
Bundan əlavə, sahibkar “Tesla” nın istehsalını davam etdirə bilməməsindən də şikayət edib. Onun fikrincə, hazırkı vəziyyət biznes üçün “ciddi riskdir”.

Xatırladaq ki, bu günə qədər ABŞ-da 1 milyondan çox yoluxma halı qeydə alınıb, onlardan 60 min nəfər dünyasını dəyişib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə