Əsas məzmuna keç
Bakı +14°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hadisə

İlahiyyatçı Sərdar Babayev dövlətə xəyanətə görə həbs edildi

İlahiyyatçı Sərdar Babayev dövlətə xəyanətə görə həbs edildi

İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayev həbs edilib.

ENA.az xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib.

O bildirib ki, S.Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib və məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci il fevralında isə azadlığa buraxılıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə