Əsas məzmuna keç
Bakı +17°, tufanlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

İcra başçısının müavini işdən çıxarıldı

İcra başçısının müavini işdən çıxarıldı

Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Xalid Rəhimov vəzifəsindən çıxarılıb.

Lənkəran RİH-dən “Qafqazinfo”ya verilən məlumata görə, Xalid Rəhimov işdən çıxmaq üçün özü ərizə ilə müraciət edib.

O, səhhətində problem olduğu üçün vəzifəsindən uzaqlaşdırılmasını istəyib. X.Rəhimov həmçinin, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.

İcra başçısı Taleh Qaraşovun əmri ilə X.Rəhimov işdən azad edilib.