İcra başçısı özünə 1-ci müavin təyin edib

Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin birinci müavini təyin edilib.
Məlumata görə, İcra başçısı Elşad Həsənov bununla bağlı əmr imzalayıb.
!@#
İmzalanmış əmrə görə, yeni birinci müavin Əfəndiyev Hüseyn Namiq oğludur.
Buna qədər bu vəzifə vakant idi.
Elşad Həsənov 2019-cu ilin noyabrından Yasamal rayonuna başçı təyin edilib.











