Əsas məzmuna keç
Bakı +12°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sığorta

İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər olub

İcbari Sığorta Bürosunun rəhbərliyində dəyişikliklər olub

İcbari Sığorta Bürosunun (İSB) Himayəçilik Şurasında dəyişikliklər olub. 

“BI” xəbər verir ki, Şuraya sədrlik edən “AXA Mbask” Sığorta Şirkəti ASC-nin İdarə Heyəti (İH) sədrinin I müavini Lana Çingizovna Gözəlova vəzifəsindən azad edilib. 

Onun yerinə “Atəşgah" Sığorta Şirkəti ASC-nin İH-nin sədri Azər Allahverdi oğlu Əliyev təyin edilib. 

Bundan başqa, indiyə qədər HŞ-nın üzvü olan “PAŞA Sığorta” ASC-nin İH-nin sədri Ülviyyə Kərim qızı Cabbarova Şurada sədr müavini vəzifəsinə gətirilib. O, bu vəzifədə “Atəşgah”ın İH sədrinin müşaviri Tələt Abbasqulu oğlu Səfərovu əvəz edib. 

Ü.Cabbarovanın yerinə isə “Xalq Sığorta” ASC-nin İH-nin üzvü Mətanət Alim qızı Nərimanlı təyin olunub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə