Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hadisə

Həbs edilən icra başçının səlahiyyətləri kimə verilib?

Həbs edilən icra başçının səlahiyyətləri kimə verilib?

Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının səlahiyyətlərini icra edən şəxs məlum olub.

RİH başçısının səlahiyyətlərinin icrası birinci müavin Mansur Məmmədova həvalə olunub.

Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib.

Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Dekabrın 9-da Səbail Rayon Məhkəməsində N.Zeynalov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə