Gürcüstanın milli loukosteri olacaq

Gürcüstanda aşağı büdcəli milli aviaşirkətin (loukoster) yaradılması ilə bağlı danışıqlar aparılır.
ENA.az xəbər verir ki, şirkətin “Air Georgia” adlandırılması nəzərdə tutulub.
!@#
Aviadaşıyıcının Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərinin investisiyaları hesabına yaradılması planlaşdırılıb.
Şirkətin təsis olunması ilə bağlı danışıqların 80%-i artıq uğurla başa çatdırılıb.
Qeyd edək ki, hazırda Gürcüstanın aviasiya bazarında Macarıstanın “Wizzair” və İrlandiyanın “Ryanair” loukosterləri fəaliyyət göstərir.











