Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

"Google" 12 min işçisini ixtisar edəcək

"Google" 12 min işçisini ixtisar edəcək

"Google"nin ana şirkəti olan Alphabet Inc. təxminən 12,000 işçini ixtisar edəcək. 

ENA.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Sundar Pichai bildirib. 

Bu, sözügedən şirkətin qlobal işçi qüvvəsinin altı faizindən çoxunu təşkil edir. 

Oktyabr ayında şirkət analitiklərin gözləntilərindən aşağı olan maliyyə nəticələrini açıqlayıb. Mənfəət əvvəlki illə müqayisədə 27 faiz azalaraq 13,9 milyard dollar olub. Son aylarda Google xərcləri azaltmaq üçün bir sıra addımlar atıb. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə