Əsas məzmuna keç
Bakı +9°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

Gömrük noyabrda dövlət büdcəsinə 28% daha çox ödəyib

Gömrük noyabrda dövlət büdcəsinə 28% daha çox ödəyib

Bu ilin noyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 274 milyon 581,6 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,86% çoxdur.

DGK-dən verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 18,43% artaraq 72 milyon 708,4 min manat olub.

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 26,49% artaraq 180 milyon 371 min manat, aksizlər 2,16 dəfə artaraq 17 milyon 40,5 min manat, yol vergisi üzrə daxilolmalar isə 1,55 dəfə artaraq 4 milyon 461,7 min manat təşkil edib. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə