Əsas məzmuna keç
Bakı +14°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Fövqəladə Hallar Nazirliyində yeni təyinat olub

Fövqəladə Hallar Nazirliyində yeni təyinat olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə rəis müavini təyin olunub.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.

Nazirin müvafiq Əmri ilə Nəcəf Novruzov Bakı Regional Mərkəzinə rəis müavini təyin edilib.

Qeyd edək ki, Nəcəf Novruzov bundan əvvəl Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb. Bir neçə ay əvvəl vəzifəsindən azad olunub.

O, Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşı oğludur. (Qaynarinfo)

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə