Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Qarabağ

Ermənilərin "əsir nömrələri"ndən ibarət instalyasiya: QARABAĞ AZƏRBAYCANDIR!

Ermənilərin "əsir nömrələri"ndən ibarət instalyasiya: QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycan Ordusunun Vətən müharibəsində məhv etdiyi düşmənə məxsus avtomobil və texnikaların nömrə nişanlarından hazırlanan instalyasiya Zəfər paradında nümayiş olunub.

İşğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət kimi götürülən və sıradan çıxarılan 2 mindən çox avtomobilin nömrə nişanlarından ibarət instalyasiya tribuna önünüdən keçib.

Dağlıq Qarabağ ərazisinin əzəli Azərbaycan torpağı olduğu kompozisiyanın üzərinə həkk olunan “Qarabağ Azərbaycandır!” şüarı ilə bir daha bəyan edilib.

Qeyd edək ki, bu instalyasiya Heydər Əliyev Fondunun Zəfər paradına kreativ töhvəsidir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə