Əsas məzmuna keç
Bakı +11°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Dünyada yemək bahalaşıb

Dünyada yemək bahalaşıb

Keçən ilin dekabrında ərzağın qiyməti son beş il ərzində maksimuma çatıb.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatında deyilir. 

Bu, ən çox palma yağı, şəkər və süd məhsullarında əks olunur.

Palma yağının qiymətinin qalxması qismən “alternativ energetika” -  biodizel sektorunun tələbatının artması ilə izah olunur. İl ərzində ən böyük artım quru və yağsızlaşdırılmış südün, həmçinin pendirin qiymətində müşahidə olunur.

Yaranmış vəziyyət BMT-ni narahat edir. Belə ki, qidanın qiymətinin artması, ilk növbədə, inkişaf etməkdə olan ölkələrə və əhalinin ən az təminatlı təbəqəsinə təsir edir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə