Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Birja

Dünya birjalarında neft bahalaşıb (07.08.2025)

Dünya birjalarında neft bahalaşıb (07.08.2025)

Dünya bazarında neftin qiymətləri avqustun 7-si ardıcıl keçirilən beş ticarət sessiyasından sonra 1 % artıb.

Bunu, ticarət məlumatları sübut edir.

“Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,84 % artaraq 1 barel üçün 67,45 ABŞ dolları, WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 0,95 % artaraq 1 barel üçün 64,96 ABŞ dolları təşkil edib.

Əvvəlki beş ticarət gününün yekunları üzrə, “Brent” və WTI 9,2 % ucuzlaşıb.

Treyderlər ABŞ Prezidenti Donald Trampın ölkənin ticarət siyasəti və həmçinin geosiyasi hadisələrlə bağlı bəyanatlarını izləməyə davam edirlər. Tramp avqustan 6-sı Hindistanın Rusiyadan neft alması səbəbindən bu ölkədən idxala 25 % əlavə rüsum tətbiq edilməsi haqqında fərman imzalayıb. O, həmçinin bildirib ki, ABŞ Çinə qarşı yeni rüsumlar tətbiq edə bilər.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə