Əsas məzmuna keç
Bakı +12°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Dünya Bankı qlobal iqtisadiyyat barədə proqnozunu pisləşdirdi

Dünya Bankı qlobal iqtisadiyyat barədə proqnozunu pisləşdirdi

Dünya Bankı Qlobal İqtisadi Gözləntilər Hesabatının İyun 2020 sayını yayımlayıb.

ENA.az xəbər verir ki, hesabarda yeni növ koronavirus (Kovid-19) epidemiyasına qarşı görülən tədbirlərin qlobal iqtisadiyyatı azaldacağı qeyd edilib.

Hesabatda, qlobal iqtisadiyyatın bu il 5,2% kiçiləcəyi proqnozuna yer verilib və bunun İkinci Dünya müharibəsindən bu yana ən dərin böhranı əks etdirdiyi vurğulanıb.

Dünya Bankı, yanvar ayında qlobal iqtisadiyyatın bu il 2,5% artacağını nəzərdə tutmuşdu.

Bankın hesabatında, 2021-ci ilə dair qlobal iqtisadi artım proqnozu isə 2,6%-dən 4,2%-ə yüksəldilib.

Dünya Bankı inkişaf etmiş ölkələrdən ABŞ iqtisadiyyatının bu il 6,1%, Avro Bölgəsi iqtisadiyyatının 9,1%,Yaponiya iqtisadiyyatının isə 6,1 kiçiləcəyini proqnozlaşdırır.

Dünya Bankı Çinin bu ilə dair iqtisadi artım proqnozunu 5,9%-dən 1%-ə salıb. Çin iqtisadiyyatının gələn il isə 6,9% artacağı nəzərdə tutulur.

Dünya Bankı Rusiya iqtisadiyyatının bu il 6%, Türkiyə iqtisadiyyatının isə 3,8% kiçiləcəyini gözləyir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə