Əsas məzmuna keç
Bakı +9°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

DSX-nin daha iki polkovniki həbs olunub?

DSX-nin daha iki polkovniki həbs olunub?

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin rəisi Əfqan Hacıyevlə birgə tutulan şəxslərin adı məlum olub.

ENA.az xəbər verir ki, Bakupost-un məlumatına görə, Hərbi Məhkəmə tərəfindən polkovnik Vəliyev Elçin Vaqif oğlu və polkovnik Quliyev Xalis Xudamurad oğlu barəsində də həbs-qətimkan tədbiri seçilib.

!@#

E.Vəliyev Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət almada), X.Quliyev isə 312.2-ci (rüşvət vermə) maddəsi ilə ittiham olunur.

Bakı Hərbi Məhkəməsində hər iki şəxs barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə