DSMF direktorundan saxta əlilliklərlə bağlı açıqlama

“2020-ci ilin 6 ayı ərzində 2600-ə yaxın saxta əlillik aşkar olunaraq dayandırılıb”.
ENA.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
!@#
Onun sözlərinə görə, ümumilikdə əlilliklərin dayandırılması prosesindən Fond ayda 2,4 milyon manat qənaət edib: “Eyni zamanda, əlillik təyanatlarına nəzarət gücləndirilib”.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov isə xatırladıb ki, əlillik təyinatı meyarları ilə bağlı yeni meyarlar hazırlanıb: “Əsassız əlillik təyinatlarına ciddi nəzarət ediləcək. Əlilliyin təyinatı ilə bağlı yeni qanun qəbul edilib. Bu sahədə qanunvericilik təkmilləşdirilir. Tibbi sahədə TƏBİB-lə sıx əməkdaşlıq edilir. Əlilliyin təyinatı ilə bağlı xüsusi meyarlar var. Hər qüsuru olan insana əlil demək doğru deyil. Bu dəyişikliklərin məqsədi keyfiyyətin yüksəldilməsi və haqqı olan vətəndaşların bu sistemə gətirilməsidir”.











