Əsas məzmuna keç
Bakı +11°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Culani Suriyanın yeni Prezidenti oldu

Culani Suriyanın yeni Prezidenti oldu

Əhməd əş-Şaraa (Culani) keçid dövründə Suriya Prezidenti vəzifəsini icra edəcək.

ENA.az xəbər verir ki, bu barədə Hərbi Əməliyyatlar Direktorluğunun (yeni qurulmuş hökumətin rəhbər orqanı) bəyanatında qeyd olunub.

Məlumata görə, o bundan sonra müvəqqəti adminstrasiyanın prezidenti kimi ictimai tədbirlərdə iştirak edə biləcək.

Bundan əlavə, ölkənin hakimiyyət orqanları Konstitusiyanın fəaliyyətinə xitam verildiyi, parlamentin, Təhlükəsizlik Xidmətinin və silahlı birləşmələrin buraxıldığı bəyan edilib.