Əsas məzmuna keç
Bakı +9°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

“Crocus Group”un Bakıdakı 3 şirkəti ləğv edilir

“Crocus Group”un Bakıdakı 3 şirkəti ləğv edilir

Azərbaycanda Rusiyada qeydiyyata alınan “Crocus Group”un 3 törəmə şirkəti ləğv edilir.

Məlumata görə, ləğv edilən şirkətlər “Krokus Azərbaycan” MMC, “Crocus İnteriors” MMC və “Crocus Audit” MMC-dir.

“Crocus İnteriors” MMC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 60 manatdır və qanuni təmsilçisi Cəmilə Ağalarovadır.

2007-ci ildə dövlət qeydiyyatına alınan “Krokus Azərbaycan” MMC 50 manat nizamnamə kapitalına malikdir. Bu şirkətin də qanuni təmsilçisi Cəmilə Ağalarovadır.

500 manat nizamnamə kapitalı olan “Crocus Audit” MMC isə 2015-ci ildə yaradılıb, qanuni təmsilçisi Nurlan Orucovdur.

Onu da bildirək ki, “Crocus Group” azərbaycanlı iş adamı Araz Ağalarov və onun oğlu müğənni Eminə məxsusdur.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə