Əsas məzmuna keç
Bakı +5°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Bu şəxslər 5 il müddətinə birdəfəlik müavinət alacaqlar

Bu şəxslər 5 il müddətinə birdəfəlik müavinət alacaqlar

Milli Məclis “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

ENA.az xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 9-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislər Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, bu ərazilərdə işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda, ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinət alacaqlar.

Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə