Əsas məzmuna keç
Bakı +11°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Turizm

Bu bölgələrdə yeni otellər tikilir

Bu bölgələrdə yeni otellər tikilir

Respublikamızın ayrı-ayrı bölgələrində olduğu kimi, Gəncə şəhərində də qeyri-neft sektorunun vacib sahələrindən olan turizmin inkişafı məqsədilə müasir infrastrukturun, otellərin və istirahət-əyləncə mərkəzlərinin yaradılması işləri hayata keçirilir. Hazırda Gəncə şəhərində 5, onun inzibati ərazisinə daxil olan Hacıkənd qəsəbəsində isə 1 yeni otel tikilir.

"Businessinsider.az" xəbər verir ki, şəhərin mərkəzində Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişməsində inşa edilən və ümumi sahəsi 5 min 586 kvadratmetr olan “Majestic Palace” mehmanxanasının daxilində hazırda son tamamlama işləri görülür.

Şəhərin mərkəzində, Nağı bəy Şeyxzamanlı küçəsində inşa edilən və ümumi sahəsi 2 min 500 kvadratmetr olan, 8 mərtəbəli “Otel Univermaq”da, həmçinin Nizami Gəncəvi prospektindəki 8 mərtəbəli və 4 mərtəbəli otelllərin də binasında tikinti işləri yekunlaşıb.

Eyni zamanda, şəhərin Şah İsmayıl Xətai prospektində 4 mərtəbəli, Zərifə Əliyeva prospektində isə 2 mərtəbəli mehmanxanalar da inşa edilir.

Hacıkənd qəsəbəsində tikilən 7 mərtəbəli ARFA mehmanxanasının daxilində son tamamlama işləri görülür. ARFA mehmanxanasının istifadəyə verilməsi Hacıkənd və Göygöldə qış turizminin inkişafına töhfə olacaq.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə