Əsas məzmuna keç
Bakı +12°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

BP: İlin sonunadək sərbəst təbii qaz laylarından hasilata başlanacaq

BP: İlin sonunadək sərbəst təbii qaz laylarından hasilata başlanacaq

"Azəri-Çıraq-Dərinsulu Günəşli"də sərbəst təbii qaz (STQ) laylarında qazılan quyunun göstəriciləri ümidvericidir. İlin sonunadək bu quyulardan ilk qaz çıxarılacaq.

Bu barədə "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, quyuda artıq qazma işləri başa çatdırılıb:

“Quyu layihədə göstərilən dərinliyə qədər tam qazılıb. Növbəti mərhələdə tamamlama işləri gedir. Bu işlər uzun müddət tələb edir. Bu proseslə paralel quyu qazın mövcud ixracı infrastrukturuna birləşdirilməlidir. Bunların birləşdirilməsi üçün həm platformanın üstündə, həm də altında çoxlu yeni avadanlıqlar, birləşmələr və dirsəklər lazımdır. Proseslər paralel aparılır. Tamamlama və birləşdirilmə bitən kimi, ilin axırınadək, quyu açılacaq”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə