“Bayramda məhdudiyyətin qoyulması gündəmdədir”

"Türkiyənin bununla bağlı təcrübəsi var. Şənbə, bazar və bayram günlərində bəzi məhdudiyyətlər tətbiq olunur".
"ENA" xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bayram günlərində tətbiq oluna biləcək məhdudiyyətlətlə bağlı danışarkən deyib.
!@#
İctimai Televiziyada qonaq olan qurum rəsmisi Azərbaycanda da belə məhdudiyyətin tətbiq oluna biləcəyini istisna etməyib:
"Çünki insanlar kütləvi olaraq toplaşırlar. Türkiyədə yoluxamanın sayının azaldılması məqsədi ilə bəzi məhdudiyyətlər qoyulur. Bu, bizdə də gündəmdədir. Çox güman bayramdan öncə bu məsələyə aydınlıq gələcək".











