Əsas məzmuna keç
Bakı +12°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Bank sektorunun işçi heyəti daha da artıb

Bank sektorunun işçi heyəti daha da artıb

Bank sektorunun işçi heyətinin sayında artım mart ayında da davam etmişdir. 

Maliyyə Bazarlarına Nəzarət Palatasından "ENA"ya daxil olmuş məlumata görə , 2019-cu ilin mart ayında işçi sayı 0.4% (66 nəfər) artaraq 17 min 749 nəfər təşkil edib.

31 Mart 2019-cu il tarixində Azərbaycanda fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 129 olub.