Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Avtomobil

Bakıya 200 yeni avtobus gətirilir

Bakıya 200 yeni avtobus gətirilir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Hazırda paytaxtda müntəzəm marşrut xətlərində 2200-dən çox avtobus istifadə olunur.

AYNA-dan verilən məlumata görə, cari ilin avqust-sentyabr ayları ərzində Bakı şəhərində daşıyıcılar tərəfindən daha 200 yeni və ekoloji təmiz avtobus sərnişinlərin istifadəsinə veriləcək.

“Bu, ümumilikdə ictimai nəqliyyatda əlçatanlığın və xidmət keyfiyyətinin daha da artmasını təmin edəcək”, - deyə AYNA-nın yaydığı məlumatda bildirilir.