Bakının mərkəzi küçələrindən biri bağlanır

Formula 1 üzrə Azərbaycan qran pisinə hazırlıq işləri ilə əlaqədar Bakıda Azadlıq – Neftçilər prospektinin kəsişməsi mayın 23-də saat 23:00-dan yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
ENA.az xəbər verir ki, bu barədə Bakı şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
!@#
Yolun bağlanması yarışa hazırlıq zamanı yollarda quraşdırma işləri ilə əlaqədardır. Sürücülərdən Zərifə Əliyeva küçəsini alternativ yol olaraq istifadə etmələri xahiş olunur.
Azərbaycan qran-prisi 10-12 iyunda keçiriləcək.











