Əsas məzmuna keç
Bakı +18°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Nəqliyyat

Bakıda yeni metro açılır

Bakıda yeni metro açılır

Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və Semaşko xəstəxanası kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında yeni metrostansiya tikilib. Artıq stansiyada son tamamlanma işləri aparılır.

Sakinlər bildiriblər ki, illərdir təmiri gedən stansiyanın təhvil verilməsi onların hərəkətini xeyli rahatlaşdıracaq.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, b4 stansiyasının tikinti quraşdırma işləri hazırda iş qrafikinə uyğun sürətli şəkildə davam etdilir. 8 noyabr- b4 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib.

“Bakı Metropoliteni”ninin rəsmisi bildirib ki, stansiyanın ilin sonuna qədər hazır olması və təhvil verilməsi nəzərdə tutulur.