Əsas məzmuna keç
Bakı +10°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

Bakıda "simsiz rabitə” xidmətinin göstərilməsində fasilələr yaranacaq

Bakıda "simsiz rabitə” xidmətinin göstərilməsində fasilələr yaranacaq

Bu gecə saat 02:00-06:00 arası LTE texnologiyası əsasında təmin olunan “simsiz rabitə” şəbəkəsində yenidənqurma və profilaktik tədbirlər həyata keçiriləcək.

"Baktelecom" MMC-dən "ENA"ya verilən məlumata görə, bununla əlaqədar şəbəkənin əhatə dairəsinə daxil olan bütün ərazilərdə müvafiq  xidmətin göstərilməsində fasilələr qeydə alınacaq. 

Profilaktik tədbirlər başa çatdıqdan sonra şəbəkənin fəaliyyəti bərpa ediləcək.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə