Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Hadisə

Bakıda "OBA market"ə basqın edildi

Bakıda "OBA market"ə basqın edildi

Bakıda marketdə quldurluq hadisəsi baş verib.

ENA.az xəbər verir ki, hadisə bu gün paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən "OBA market"də qeydə alınıb.

Belə ki, naməlum şəxs marketə hücum edib. O, marketin inzibatçısı Cavad Nurullayevi bıçaqla hədələyərək kassada olan 900 manat pulu aparıb.

Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə