Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İnşaat və əmlak

Bakıda 35 milyonluq park salınır

Bakıda 35 milyonluq park salınır

Bakının Nəsimi rayonunda salınacaq yeni istirahət parkının tikintisini həyata keçirəcək şirkət müəyyənləşib.

Park 28 May küçəsindən “The Ritz-Carlton Baku” hotelinədək uzanan 12 hektar ərazidə salınacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-si layihə üzrə hazırlıq işlərini başa çatdırıb. Parkın salınması işlərinin icrası “Xezer-Construction” MMC-yə həvalə olunub və tərəflər arasında müvafiq müqavilə imzalanıb.

Müqaviləyə əsasən, şirkət yeni istirahət parkının salınması işlərini 35,2 milyon manat məbləğində vəsait hesabına həyata keçirəcək.

Qeyd edək ki, 2025-ci ilin iyun ayında parkın layihə-smeta sənədlərinin hazırlanması “Az.Arxitektura” şirkətinə həvalə edilmişdi. Bu məqsədlə bağlanmış müqavilənin dəyəri 2 milyon 387 min 833,84 manat təşkil edib. Layihə-smeta sənədləri də məhz həmin 12 hektarlıq ərazi üçün hazırlanıb.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə