Əsas məzmuna keç
Bakı +14°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Maliyyə

“Bakı buxtasının təmizlənməsi ilə bağlı proqram hazırlanır”

“Bakı buxtasının təmizlənməsi ilə bağlı proqram hazırlanır”

Hazırda Bakı buxtasının təmizlənməsi ilə bağlı proqram hazırlanır

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün keçirilən Bakının Baş planının təqdimatı mərasimində bildirib.

Xəzər dənizin səviyyəsindən danışan E. Əzizov bildirib ki, Xəzərin səviyyəsi həmişə artıb və azalıb: “Lakin indi Xəzərin səviyyəsi radikal azalıb. Alimlər bunu iqlim dəyişikliyi ilə əlaqələndirirlər”.

O qeyd edib ki, alimlər iqlim dəyişikləri ilə bağlı bir sıra araşdırmalar aparıblar: “Tarix boyu iqlim dəyişikliyi ilə bağlı suallara konkret cavab tapılmayıb. Ölkə başçısı bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırıqlar verib”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə