Əsas məzmuna keç
Bakı +10°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

Bakı - Ankara qatarı açılır - GEDİŞ HAQQI - FOTOLAR

Bakı - Ankara qatarı açılır - GEDİŞ HAQQI - FOTOLAR

Bakı-Ankara qatarı fəaliyyətə başlayacaq.

Bu barədə Türkiyə Dəmiyollarının saytında yazılıb.

Məlumata görə, qatarın əvvəllər Bakıdan Ankaraya 38 saata çatacağı deyilsə də, bu müddət 40 saatdan çoxdur. Amma bu müddətin azaldılmasına çalışılır.

Eləcə də bax: “Azərbaycan Dəmir Yolları” 1-ci rübün nəticələrini açıqladı

Vaqonlardan asılı olaraq, qiymətlər 97- 200 manat (350-800 türk lirası) aralığında olacaq.

Qatarda dörd nəfərlik ailə və qruplar, cütlüklər, fiziki məhdudiyyətli şəxslər üçün rahat otaqlar yaradılıb.

Yemək servisi Azərbaycan Dəmiryolları tərəfindən təşkil olunacaq.

Qatar avqustda fəaliyyətə başlayacaq.

 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə