Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

“AzərEnerji” ilə ABŞ şirkəti arasında sənəd imzalanıb

“AzərEnerji” ilə ABŞ şirkəti arasında sənəd imzalanıb

Bakıda keçirilən COP29 çərçivəsində “AzərEnerji” ASC və ABŞ-nin “GE Vernova” şirkəti arasında sənəd imzalanıb.

“AzerEnerji”nin məlumatına əsasən, sənəd Səhmdar Cəmiyyətin rəhbəri Baba Rzayev və “GE Vernova” şirkətinin səlahiyyətli nümayəndəsi Cozef Anis arasında imzalanıb.

Bildirilib ki, B. Rzayev və “GE Vernova” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə Qaz Enerjisi istiqamətində prezidenti və baş icraçı direktoru Cozef Anisin iştirakı ilə “yaşıl zona”da tədbir keçirilib. Tədbirin əsas mövzusu “GE Vernova” şirkəti tərəfindən “Azərenerji” ASC-nin Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasının qaz turbinlərindən birinin 100% hidrogen yanacağı ilə işləməyə keçirilməsi layihəsi olub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə