Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

"Azercell" bu xidmət haqqını 60% artırır

"Azercell" bu xidmət haqqını 60% artırır

"Azercell Telecom" MMC mayın 1-dən Rusiya, Ukrayna, Belarusiya, Moldova, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası və Tacikistanda rouminq xidmətində internetdən istifadəyə görə xidmət haqqını artıracaq. 

"BI" bu barədə şirkətə istinadən xəbər verir. 

Məlumata görə, həmin tarixdən 1 MB mobil internet xidmətinin qiyməti 3,5 manat təşkil edəcək. Hazırda bu məbləğ 2,2 manatdır. Yəni rouminq xidmətində internet, təxminən, 60% bahalaşacaq. 

"Arzuolunmaz internet xərclərindən sığortalanmaq üçün Rouminq İnternet Paketlərindən istifadə etmək tövsiyə olunur", - mobil rabitə operatorunun müştərilərinə müraciətində bildirilir.  

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə