Əsas məzmuna keç
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

Azərbaycanlı Rusiyada şirkət prezidenti oldu

Azərbaycanlı Rusiyada şirkət prezidenti oldu

“Vimpelkom”un (“Beeline” brendi) direktorlar şurası avqustun 17-də keçirilən iclasda əslən azərbaycanlı Rəşid İsmayılovu şirkətin yeni prezidenti təyin edib.

!@#

ENA.az “TASS” a istinadən xəbər verir ki, R.İsmayılov şirkət ilə 2023-cü ilin avqust ayına qədər üç illik müqavilə imzalayıb.

Bildirilib ki, daha əvvəl İsmayılov “Beeline”da baş direktorun müşaviri kimi işə başlayıb. Ona qədər şirkətin prezidenti vəzifəsini 2015-ci ildən Aleksandr Krupnov daşıyıb.

Qeyd edək ki, Rəşid İsmayılov 2014-2018-ci illərdə Rusiya Telekommunikasiya və Rabitə nazirinin müavini vəzifəsini icra edib. Daha sonra isə o, Rusiyada “Nokia” şirkətinin baş direktoru vəzifəsində çalışıb. 2019-cu ildən etibarən, Runet Davamlı İstismar Qanunu çərçivəsində Trafik filtrləmə sistemlərini tətbiq edən Məlumatların İşlənməsi və Avtomatlaşdırılması Mərkəzinə rəhbərlik edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə