Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sığorta

Azərbaycanın sığorta bazarı 2 %-ə yaxın böyüyüb

Azərbaycanın sığorta bazarı 2 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 732,633 milyon manat sığorta haqqı toplanılıb.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 1,85 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 409,636 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,1 % çoxdur.

5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,8 manat olub.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə