Əsas məzmuna keç
Bakı +7°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Azərbaycanın ixracı idxalı 4 milyard dollar üstələyib

Azərbaycanın ixracı idxalı 4 milyard dollar üstələyib

2023-cü ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 12 milyard 269.3 milyon ABŞ dolları təşkil edib.

ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 8 milyard 239.4 milyon dollarını və ya 67.2 faizini ölkədən ixrac olunmuş məhsulların, 4 milyard 029.9 milyon dollarını (32.8 faizini) isə idxal məhsullarının dəyəri təşkil dib. Nəticədə 4 milyard 209.5 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 0.1 faiz, real ifadədə 5.1 faiz, o cümlədən idxal 13.7 faiz, ixrac isə 2.4 faiz artıb. 2023-cü ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 23.2 faiz, real ifadədə 19.2 faiz artaraq 912.2 milyon dollar təşkil etmişdir. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə