Əsas məzmuna keç
Bakı +9°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

Azərbaycanın bank sektoru xalis mənfəətini 4 dəfə artırıb

Azərbaycanın bank sektoru xalis mənfəətini 4 dəfə artırıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 462,1 milyon manat xalis mənfəət əldə edib.

ENA.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,45 dəfə çoxdur.

8 ay ərzində bankların əməliyyat gəlirləri 1 720,1 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 15,7% çox), əməliyyat xərcləri 1 100,7 milyon manat (5,3% çox), xüsusi ehtiyatlara ayırmaları 126,1 milyon manat (60,15% az), digər gəlirləri 21,5 milyon manat (30,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 52,7 milyon manat (2,45 dəfə çox) təşkil edib. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə