Əsas məzmuna keç
Bakı +13°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

Ağdam stansiyasından 74 km cənub-qərbdə Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Təkanlar Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.