Əsas məzmuna keç
Bakı +6°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sənaye

Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Bu ilin yanvar ayında Azərbaycanda tikinti materiallarının istehsalı sahәsindә istehsalın ümumi dәyәri 41,6 mln manat olmaqla, әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә 21,2 % artıb.

Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk ayında ölkədə 233,5 min ton sement istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar ayı ilə müqayisədə 21,7 % çoxdur.

Bu ilin yanvar ayında ölkədə 3,4 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin 1 ayı ilə müqayisədə 61,4 % azdır. Bu ilin ilk ayında tikinti kərpicinin istehsalı 11,6 % azalaraq 35,8 min kubmetr təşkil edib.

Tikinti gipsinin istehsalı 3,8 dəfə artaraq 1,1 min ton olub. Yanvar ayında tikinti əhənginin istehsalı 52,4 % artaraq 3,2 min ton təşkil edib.

Yanvarda sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 3,2 min ton olaraq, ötən ilin yanvar ayı ilə müqayisədə 14,3 % artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 10 % azalaraq 3,6 min kubmetr təşkil edib.

Ötən ay ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 62,2 % azalaraq 314,1 min ton təşkil edib.

Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı da 16,8 % artaraq 134,5 min ton təşkil edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə