Əsas məzmuna keç
Bakı +10°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Azərbaycanda sərnişin avtobusları sıxılmış qaz və ya elektrik mühərriki ilə işləyəcək – AÇIQLAMA

Azərbaycanda sərnişin avtobusları sıxılmış qaz və ya elektrik mühərriki ilə işləyəcək – AÇIQLAMA

“2022-ci ildən etibarən Azərbaycanda sərnişin daşıyan bütün avtobuslar sıxılmış qazla və ya elektrik mühərriki ilə işləyəcək”.

ENA.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin rəsmisi Emin Məcidov deyib.

Eləcə də bax: 280 yeni avtobus xəttə buraxılacaq

Emin Məcidov qeyd edib ki, hazırda ölkəyə sıxılmış təbii qazla işləyəcək 300 ədəd ekoloji təmiz avtobusun gətirilməsi nəzərdə tutulub: “Bu nəqliyyat vasitələrindən 280-ni artıq ölkəyə gətirilib daha 20-si isə yaxın zaman müddətində gətiriləcək. Bunlardan 280-i 12 metr uzunluğunda, 20-si isə 18 metr uzunluğunda olacaq”.

Agentlik rəsmisi onu da əlavə edib ki, ölkəyə gətiriləcək yeni avtobuslar, yəni sıxılmış təbii qazla çalışan avtobuslar təkcə paytaxtda deyil, regionlarda da istifadəyə veriləcək.

TED.az

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə