Azərbaycanda sahibkarlardan - DAHA BİR RÜSUM TUTULACAQ

Nazirlər Kabinetinin qərarı ilə 2013-cü il 27 avqust tarixli 234 nömrəli Qərarla təsdiqlənmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na dəyişiklik edilib.
!@#
ENA.az xəbər verir ki, dəyişikliyə əsasən qaydalara yeni 3.3-1-ci bənd əlavə edilib. Həmin bəndə görə, 150 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.











