Azərbaycanda pulun 74 faizi nağdlaşdırılır

Azərbaycanda nağd dövriyyə 74 faizdir və bunun 40 faizə salınması üçün tədbirlər görülür.
ENA.az-ın məlumatına görə, Mərkəzi Bank sədrinin müavini Alim Quliyev bildirib ki, inkişaf etmiş ölkələrdə nadsız dövriyyə 80 faizdən yuxarıdır. Bu isə kölgə iqtisadiyyatının qarşısını alan ən mühüm vasitədir.











