Azərbaycanda nazir müavini işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının Ədliyyə nazirinin müavini vəzifəsindən azad olunub.
ENA.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.
!@#
Sərəncamla Emin Hüseyn oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, E.Səfərov 2016-cı ildən bu vəzifədə çalışırdı.
Xatırladaq ki, aprelin 27-də Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri Suliddin Əliyev də işdən çıxarılıb. Onun yerinə isə Daşqın Hidayət oğlu Rəhimov təyinat alıb.











