Əsas məzmuna keç
Bakı +12°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
ENA+

Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı açıqlandı

Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı açıqlandı

2019-cu ilin birinci rübündə Azərbaycanda istehsalatla əlaqəli sayıln 42 bədbəxt hadisə baş verib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin verdiyi məlumata görə, bu hadisələr nəticəsində 8 nəfər ölüb, 34 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Aparılan təhqiqat işlərinin nəticələrinə uyğun tədbirlərin görülməsi təmin edilib.

Qeyd edilib ki, hər bir işəgötürən Əmək Məcəlləsində əksini tapan əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyi gündəlik fəaliyyətinin əsas tərkib hissəsi kimi qəbul etməlidir.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə