Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Azərbaycanda infrastruktur layihələrə milyardlar ayrılır

Azərbaycanda infrastruktur layihələrə milyardlar ayrılır

Gələn il infrastruktur layihələrə ayrılan vəsaitin məbləği müəyyənləşib.

Bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib.

Belə ki, nəqliyyata (avtomobil yollarının, dəmiryolu və metro xətlərinin təmiri və tikintisi) 2 milyard 614  milyon, kommunal infrastruktura (su, qaz, elektrik enerjisi təchizatı)  546 milyon 900 min,  meliorasiyaya 300 milyon, sənaye və energetikaya 100 milyon, ekologiyaya 60 milyon 500 min, kənd təsərrüfatına 136 milyon 300 min vəsait ayrılıb.  

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq. 

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə