Əsas məzmuna keç
Bakı +8°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

Azərbaycanda icra başçısı işçilərini dil kursuna göndərir

Azərbaycanda icra başçısı işçilərini dil kursuna göndərir

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov aparatın işçiləri üçün üç aylıq ekspres ingilis dili kursu təşkil edib.

Bununla bağlı İcra Hakimiyyətinin saytında məlumat yayılıb. 

Bildirilir ki, icra başçısının bu addımına səbəb son illər Naftalan şəhərinə gələn xarici turist sayının artmasıdır.

Kurslarda, əsasən, icra hakimiyyəti aparatının gənc əməkdaşları iştirak edir. Gələcəkdə rus dili kursunun da təşkil olunması nəzərdə tutulur.

Qeyd edək ki, Naftalan ötən il rekord həddə - 61 ölkədən 40 min turist qəbul edib. Bununla da Naftalana gələn turistlərin coğrafiyası daha da genişlənərək dünyanın bütün regionlarını əhatə edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə