Əsas məzmuna keç
Bakı +11°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Biznes

Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib

Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib

Azərbaycanda elektron pul təşkilatı “Payriff” QSC-nin direktoru dəyişib.

Məlumata görə, həmtəsisçi Türkan Fərzəliyeva Yusif qızı elektron pul təşkilatındakı təkbaşına rəhbər vəzifəsindən ayrılıb.

Onu bu vəzifədə şirkətin əsas fiqurlarından biri Xəyal Məmmədov Elşən oğlu əvəz edib. X.Məmmədov şirkətin həmtəsisçilərindən biridir və yarandığı gündən idarəetmədə iştirak edib.

“Payriff” QSC 2021-ci ildə təsis edilsə də, Mərkəzi Bank  2024-cü ildən başlayaraq bu bazara nəzarət mandatını əldə etdikdən sonra lisenziya təqdim edib. Şirkətin hazırda 2 452 500 manat nizamnamə kapitalı mövcuddur. Şirkətin publik olaraq həmtəsisçiləri yuxarıda göstərilən iki şəxs göstərilir.

Mərkəzi Bank may ayında məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, bundan əlavə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı müvafiq sahə üzrə qanunvricilik tələblərini rəhbər tutularaq “Payriff” QSC-yə icrası məcburi olan göstəriş verib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə